“Neftin qiyməti 200 dollara qalxacaq” – Prezident
“Neftin qiyməti 200 dollara qalxacaq”. Bunu Ekvadorun prezidenti Rafael Korrea deyib.
Virtualaz.org ABİ agentliyinin məlumatına istinadən xəbər verir ki, Cənubi Amerikada yerləşən bu ölkənin prezidenti yaxın gələcəkdə neftin kəskin bahalaşacağını proqnozlaşdırıb.
Onun sözlərinə görə, ucuz qiymətlər üzündən neft sektoruna sərmayə qoyuluşunun dayandırılması, yüzlərlə neft quyusunun işsiz qalması ona gətirib çıxaracaq ki, yaxın gələcəkdə neftin 1 barrelinin qiyməti 200 dollara qədər yüksələcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=54701