ABŞ bombardmançı təyyarələrini Suriyadan və İraqdan çıxarır

20.02.2016 - 12:18

teyyareİraqda və Suriyada İŞİD terrorçularının mövqelərini bombalayan ABŞ-ın B-1B Lancer səsdən sürətli bombardmançı təyyarələri bu ölkələrin ərazilərindən çıxarılır.

Virtualaz.org saytı Military.com saytının ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının (CENTCOM) tərkibində HHQ əməliyyatlarına cavabdeh general-leytenant Çarlz Braunun sözlərinə istinadən verdiyi məlumata əsasən xəbər verir ki, B-1B Lancer bombardmançıları bir müddət İŞİD-ə qarşı mübarizədə iştirak etməyəcəklər. Braun dəqiqləşdirib ki, təyyarələr pilotların kabinalarında modernləşdirmə işlərinin aparılması üçün ABŞ-a qayıdacaqlar.

“Biz B-1B Lancer təyyarələrini əməliyyatlardan çıxarılrıq, lakin başqa güclü təyyarələrimiz də var. Ola bilsin ki, operativlikdə itirəcəyik, amma biz hadisələrin belə gedişinə hazırlaşmışdıq”, – general-leytenant belə deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54712

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728