NASA Marsda kartof əkəcək

22.02.2016 - 10:06

nasaABŞ-ın kosmik agentliyi NASA Lima Beynəlxalq Kartof Mərkəzi (CIP) ilə birlikdə yeni bir təcrübə aparır.

Kultivasiya üçün CIP-nin qeydiyyatında olan 4500 növün arasından seçilmiş yüz kartof növü artıq Marsdakına bənzər kəskin iqlim şəraitində yetişdirilərək dəyərləndirilib. Bu, Qırmızı Planetdə tərəvəzlərin yetişdirilməsinin başlanğıcı ola bilər.

Beynəlxalq Kartof Mərkəzi yoxsulluğun azaldılmasına və qida təhlükəsizliyinə nail olmağa çalışan qeyri-mənfəət təşkilatıdır.

Seçilmiş namizəd növlərdən 40-ı mənşəcə And dağlarındandır. Onlar fərqli ekoloji zonalarda yetişə, qəfil iqlim dəyişikliklərinə davam gətirə, daşlıq və quraqlıq ərazilərdə çoxala bilir.

Digər 60 növ isə genetik modifikasiya olunub. Bu növlər az miqdarda su və duzla həyatda qalmağa qadirdir. Onların həm də viruslara qarşı immuniteti var.

Sınaqdan çıxmış növlər yekun olaraq bir meyara da cavab verməlidir. Onlar Marsda təkcə yaxşı yetişməli deyil, həm də iri həcmdə çoxalmağa qadir olmalıdır.

Bu iddialı layihədə iştirak edən perulu NASA astrobioloqu Julio Valdivia Silva deyir ki, alimlər bəzi növlərin sınaqdan uğurla çıxacağına 100% əmindirlər.

Alimlər ümid edirlər ki, bu təcrübə həm də əlverişsiz şəraitdə yetişə bilən növlərin aşkar edilməsi sayəsində Yer kürəsində aclıq və qida çatışmazlığı probleminin həllinə kömək edəcək.

“Biz gələcəyə, səhralaşmaya, artan temperaturlara və torpağın şoranlaşmasına hazır olmalıyıq,” deyə CIP-də çalışan viroloq Jan Kreuze qeyd edir.

Atakama səhrasının La Joya Pampas ərazisi Perunun cənub hissəsinə düşür. Alimlər planetin ən quraqlıq yerlərindən biri olan bu ərazinin Qırmızı planetə çix bənzədiyini deyirlər.

Alimlər 100 kiloqram kartofu Limada yerləşən CIP laboratoriyasına gətirmək istəyirlər. Laboratoriyada Marsın əsasən karbon iki oksiddən ibarət olan atmosferinə bənzər şərait simulyasiya olunacaq və kartoflar ultrabənövşəyi şüaların güclü radiasiyasına məruz qalacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=54818

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728