Qeyri-adi ixtira – 360 terabaytlıq, 14 milyard il ömrü olan disk (VİDEO)

22.02.2016 - 10:38

diskÇinli alimlər hər kəsin diqqətini çəkəcək və çoxlarının işinə yarayacaq bir ixtira ediblər. Bu ixtira kvarsdan hazırlanmış yaddaş diskidir. Bu disk 360 terabayt yaddaş tutumuna və ən yüksək temperaturda belə məlumatları qorumaq qabiliyyətinə malikdir.

Alimlərin fikrincə, disk 13.8 milyard il istifadə müddətinə malikdir. Bu disklərə artıq insan, dünya, bəşəriyyət haqqında ən lazımlı məlumatlar yazılıb və saxlanmağa başlanılıb. Tədqiqatçılar yeni optik cihazın arxivlərdə, kitabxanalardakı böyük həcmli məlumatları saxlamaq üçün istifadə edilə biləcəyini qeyd edirlər.

Disklərin çatışmayan cəhəti isə bir dəfə yazı və yaxud da məlumat daxil edildikdən sonra üzərinə təkrar hansısa məlumatın daxil edilə bilməməsidir. Digər bir məsələ isə məlumatların bu cür depolanmasının xərcidir.

Lakin elm adamları düşünürlər ki, çalışmaları davam etdirməklə bu məsələni uğurla həll edə biləcəklər.

anspress

Short URL: http://www.cumhuriyyet.net/?p=54834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728