4 yaşlı uşağa ömürlük həbs cəzası verdilər – ŞOK

22.02.2016 - 10:57

mehkeme2Bu azyaşlı uşaq cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham edilib.

Ölkə.az xəbər verir ki, qalmaqallı məhkəmə hökmü Misirdə 4 yaşlı uşağa oxunub.

4 yaşlı Əhməd Mənsur Karni dörd cinayət, səkkiz cinayətə təşəbbüs göstərmək, Səhiyyə Nazirliyinə aid binalara zərər vermək, əsgər və polisləri təhdid etmək, təhlükəsizlik qüvvələrinə aid maşınlara zərər vermək kimi cinayətlərdə ittiham olunur.

Məsələnin insanları şok edən tərəfi isə ondadır ki, məhkəmənin iddiasına görə, 4 yaşlı Əhməd bu cinayətləri 2 yaşında olarkən işləyib.

Uşağın vəkili Faysal əl-Sayd isə bildirib ki, Əhmədin şəhadətnaməsi məhkəməyə təqdim olunsa da məhkəmə qərarı qüvvədə saxlayıb.

“Dünyanın heç bir yerində görünməyən biabırçılıq Misirdə baş verib. Ölkə bir qrup dəli tərəfindən idarə olunur”, deyə uşağın vəkili bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54846

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728