Avropa İttifaqı Türkiyəyə 15 gün vaxt verdi

22.02.2016 - 15:31

aiAvropa İttifaqı zirvəsində qaçqın axınını azalda bilmək üçün Türkiyəyə mart ayına qədər vaxt verildi, “Frontex” Türkiyədən Yunanıstana keçən qaçqınların gündə 4 min səviyyəyə çatdığını açıqladı.

Türkiyə ilə imzalanan ortaq qaçqın hərəkət planını görüşmək üçün Brüsseldə toplanan Avropa Birliyinin liderləri Türkiyə ilə martın 5-də yeni görüşün keçirilməsi ilə bağlı qərara gəliblər.

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Almaniya kansleri Angela Merkel Avropa Birliyinin qaçqın böhranı ilə mübarizədə Türkiyə ilə imzalanan razılaşmanın önəmini qeyd edib.

Avropa Birliyi ilə Türkiyə arasında noyabr ayında əldə olunan razılaşma ilə Türkiyənin qaçqın axınını dayandırması qarşılığında 3 milyard avro maliyyə yardımı edilməsi qərarı alınmışdı. Avropa Birliyi razılaşma çərçivəsində 2016-ci ildə Türk vətəndaşlarına viza sərbəstliyi verilməsini qərara almışdı.

Avropa Birliyinin sərhədi qoruma agentliyi olan “Frontex” isə Türkiyədən Yunanıstana keçən qaçqın sayının artıdığın bildirib. Məlumata görə, 16 fevralda 1783, 17 fevralda isə 4611 qaçqın Egey dənizi üzərindən Yunanıstana keçib.

Bir NATO rəsmisi isə NATO-nun Türkiyə və Yunanıstan arasındakı insan qaçaqmalçılığının qarşısını almaq üçün Egey dənizinə göndərdiyi gəminin dünən bölgəyə çatdığını söyləyib.

Almaniyanın daxili işlər naziri isə bəzi ölkələrin qaçqın böhranını Almaniyanın kürəyinə yükləmək istədiyini söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54931

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930