Mustafa Koçun yerinə təyinat oldu

22.02.2016 - 16:36

mustafa kocÖtən ay ürək tutmasından dünyasını dəyişən “Koç Holding”in İdarə Heyətinin sədri Mustafa Koçun yerinə təyinat olub.

Türkiyə mətbuatı xəbər verir ki, yeni sədr B.Koçun qardaşı Mehmet Ömer Koçdur.

M.Ö.Koç buna qədər İdarə Heyətində sədr müavini vəzifəsini tuturdu. Onun yerinə isə ailənin başqa bir üzvü – kiçik qardaş Ali Koç gətirilib.

Rahmi Koçun oğlanlarından biri olan Ömer Mehmet Koç 1962-ci ildə Ankarada doğulub. Orta təhsilini Robert Kollecində, ali təhsilini Kolumbia Universitetində alıb. “Koç Holding”ə 92-ci ildə gələn Ö.Koç ilk illər maliyyə koordinatoru, enerji qrup başqanı və İdarə Heyətinin üzvü olub.

2008-ci ildən də Mustafa Koçun müavini kimi fəaliyyətə başlayıb. İngilis və fransız dillərində sərbəst danışır.(strateq.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=54949

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728