Türkiyə Səudiyyə Ərəbistanına silah satacaq

23.02.2016 - 10:21

tank2Türkiyə və Səudiyyə Ərəbistanı ortaq hərbi şirkət qurdu.

Ölkə.az xəbər verir ki, Türkiyənin ASELSAN şirkəti və Səudiyyə Ərəbistanının TAQNİA DST şirkətləri ortaq istehsal müəssisəsi yaratmaq barədə razılığa gəliblər.

Türkiyənin hərbi sənaye kompleksinin ən mühüm şirkətlərindən olan ASELSAN müdafiə təyinatlı onlarla ləvazimatın istehsalçısıdır.

ASELSAN hava hücumundan müdafiə radarları daxil olmaqla bu gün Türkiyənin elektron sahəsindəki bütün ehtiyaclarını qarşılayan şirkətdir.

Məlumata görə, ASELSAN və Səudiyyənin TAQNİA DST şirkəti təyyarədən tutmuş tanka, yüngül zirehli maşınlara qədər bütün növ texnilanın atış gücünü təkmilləşdirmək, modernizasiya etmək istiqamətində fəaliyyət göstərəcəklər. Bundan başqa Səudiyyə krallığının ordusunun bir çox silah ehtiyaclarını da Türkiyə şirkətləri qarşılayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=55001

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728