Ərdoğanı söydüyünə görə arvadını məhkəməyə verdi – Boşanırlar…

23.02.2016 - 14:08

erdoqanTürkiyədə ər arvadını Erdoğanı təhqir etdiyi üçün məhkəməyə verib.

Bu barədə «Foreign Policy» yazır. Hələ ötən ay rəsmilər ölkənin 81 bölgəsindəki polis məntəqələrinə xatırlatma göndərib: Hökuməti kimsə təhqir etsə, dərhal ona qarşı hüquqi addım atın.

Ancaq bu dəfə məhkəməyə üz tutan sıravi vətəndaşdır. Hökumətyönlü «Yeni Şafak» bazar ertəsi yazıb ki, yük maşını sürücüsü arvadına qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, arvadı prezident Recep Tayyip Erdoğan-ı təhqir edib və hər dəfə o, televiziyada danışanda kanalı dəyişib.

Arvadı da ərindən boşanma qərarına gəlib və məhkəməyə müraciət edib.

40 yaşlı Ali D. qəzetə danışıb ki, arvadına dəfələrlə xəbərdarlıq edib, niyə belə davrandığını soruşub. «Ona deyirdim ki, prezidentimiz yaxşı adamdır. Türkiyə üçün yaxşı işlər görüb». Arvadı G.D. isə söyləyib ki, siyasi baxışlarına iradı varsa, məhkəməyə versin. Ali məhkəməyə arvadının söyüşlərinin səs yazısını da təqdim edib.

«Prezidenti təhqir edən atam da olsa, bağışlamaram və şikayət edərəm», – Ali deyir.

«Foreign Policy» yazır ki, Türkiyədə fəallar ölkədə söz azadlığına təzyiqlərin artıq özəl evlərdə də qorxu hissi yaratmasından narahatdırlar. Belə ki, indiyədək prezidenti təhqir ittihamıyla daha çox tələbə fəallar, jurnalistlər, müxalifət üzvləri üzləşib. (“Azadlıq” radiosunun xülasəsi)

Short URL: http://www.cumhuriyyet.net/?p=55084

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728