Suriya müxalifəti parlament seçkisi keçirilməsinin əleyhinə çıxdı

23.02.2016 - 15:32

suriyaSuriya müxalifəti Bəşər Əsədin ölkədə parlament seçkilərinin keçirilməsi barədə qərarına qarşı çıxır.

AzərTAc xəbər verir ki, müxalifətin xarici danışıqlar üzrə ali komitəsinin nümayəndəsi Həsən Ağa “Əl-Ərəbiyə” telekanalına müsahibəsində ölkə müharibə şəraitində olarkən seçkilərin keçirilməsinin mümkün olmayacağını bildirib.

Xatırladaq ki, fevralın 22-də Bəşər Əsəd Suriyada parlament seçkilərinin 2016-cı il aprelin 13-də keçirilməsi qərarını verib. Seçkilər 2012-ci il konstitusiyasına uyğun olaraq çoxpartiyalı əsasda keçirilməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=55126

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728