Neft diplomatlarının görüş vaxtı dəqiqləşdirilir – Hasilat dondurula bilər
Venesuela Səudiyyə Ərəbistanı, Rusiya və Qətərlə hasilatın dondurulması ideyasını dəstəkləyən OPEC ölkələrilə təşkilata daxil olmayan neft istehsalçısı olan ölkələrin mümkün görüşünü müzakirə edib.
AzNews.az xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino məlumat verib. O, bildirib ki, Venesuela bütün neft istehsalçıları ilə görüşün vaxtı və yerinə dair məsləhətləşmələr aparır.
Xatırladaq ki, fevralın 16-da Qətər, Venesuela, Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatını 2016-cı ilin yanvarına olan səviyyədə dondurmaq barədə razılıq əldə olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=55258