Rusiyanın Ermənistandakı tankçıları təlimə başladı
Rusiya Cənub Hərbi Dairəsinin tankçıları fevralın 24-də Ermənistandakı “Alagəz” poliqonunda təlimə başlayıblar.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlim “Т-72B” tankları ilə keçirilir. Bu tədbirə yüzdən çox hərbçi cəlb edilib.
Təlim dəniz səviyyəsindən iki min metr yüksəklikdə keçirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=55302