Turan Ordusu yaradıldı
“Türk Hak Tim”in başçılığı ilə Türkiyənin ən böyük kiber qrupu yaradılıb.
Axar.az xəbər verir ki, “Turan Ordusu” adlanan kiber qrup beynəlxalq səviyyədə sensassion addımlar atmağa hazırlaşır.
Müxtəlif türk dövlətlərinin hakerlərinin yer aldığı qrup kəşfiyyat, araşdırma və hücum fəaliyyəti ilə məşğul olacaq.
Yaxın gələcəkdə https://twitter.com/turanordusutht hesabı ilə fəaliyyətə başlayacaq qrupun əsas məqsədi kiber-terrorla mübarizədir.
Qrupa “Turan Ordusu” adını sonuncu dəfə ABŞ-ın NASA aerokosmik agentliyinin saytını dağıdan məşhur haker Skorskinin də yer aldığı “Türk Hack Tim”in üzvləri verib. Skorski daha öncə müsəlmanlara qarşı irqçi ifadələrlə məşhurlaşan ABŞ prezidentliyinə namizəd Donald Trampın saytında türk bayrağı yerləşdirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=55319