Krımla bağlı gizli pratakol üzə çıxdı – Ukraynada ara qarışdı

24.02.2016 - 16:16

krimRusiyanın Krımı işğal etməsindən öncə, Ukraynada keçirilən bir toplantının sensasion detalları üzə çıxıb.

Avropa.info xəbər verir ki, Ukrayna mətbuatında nəşr olunan, gizli təhlükəsizlik toplantısının protokolları ölkəni qarşıdırıb.

Hesabatda bildirilir ki, Rusiyanın Krımı işğaı etməsindən öncə, Ukraynanın hökumət və dövlət adamlarının iştirakı ilə toplanrt keçirilib. Toplantıda Ukrayna prezidentinin müşaviri Aleksandr Turçinov, baş nazir Arseniy Yatsenyuk, dövrün müdafiə naziri İqor Tenyuh, daxili işlər naziri Arsen Avakov, eks baş nazir Yuliya Timoşenko və sairə şəxslər iştirak edib.

Rusiyanın Krıma müdaxiləsinə görüləcək tədbirlərin müzakirə olunduğu yığıncaqda, yalnız Aleksandr Turçinov Krımın hərbi şəkildə müdafiə olunmasına səs verdiyi, digərlərinin isə buna qarşı çıxdığı aşkarlanıb.

Hesabatda Krımın hərbi yolla müdafiə edilməsinə qarşı ən sərt şəkildə dövrün müdafiə naziri İqor Tenyuhun qarşı çıxdığı məlum olub. Tenyuh bunu Ukrayna ordusunun yalnız 5 min döyüşə yararlı əsgərinin olması ilə əlaqələndirib.

Gizli toplantının protokolunun yayılmasından sonra, ölkə qarşıb. Yığıncaqda iştirak edənlərdən keçmiş baş nazir Timoşenko toplatının protokolunun mətbuatda yayılmasını cinayət adlandırıb. Tomoşenko bu addımın arxasında prezident administrasiyasının durduğunu və bəzi siyasətçilərdən qisas almağa hesablandığını deyib. Dövrün SBU (Ukrayna daxili kəşfiyyat və təhlükəsizlik təşkilatı) sədri Valentin Nalivayçenko isə o dövrdə Krımda Ukraynanın varlığını müdafiə edən qüvvə olmadığını bildirərək, özünü təmizə çıxarmağa çalışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=55339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728