Türkiyədə təbii qaz ehtiyatları aşkar edilib
Türkiyənin Söyütlü, Ferizli və Serdivan vilayətlərində yerin 400-450 metr dərinliyində təbii qaz ehtiyatları aşkar edilib.
Virtualaz.org saytı «Milliyet» qəzetinin məlumatına əsasən xəbər verir ki, aşkarlanan təbii qaz ehtiyatlarının həcmi hələ ki dəqiqləşdirilməyib.
Mənbənin məlumatına görə, yaxın günlərdə qaz ehtiyatların həcmi barədə dəqiq məlumat veriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=55388