Rusiya Türkiyə ilə savaşa hazırlaşır

25.02.2016 - 10:32

sergey-zquertsRusiya ordusunun cənub istiqamətində yerləşən bazalarında döyüş hazırlığının yoxlanılması Kremlin Türkiyə ilə konfliktə mümkün hazırlığını göstərir.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində ekspert Sergey Zqurets söyləyib. Onun sözlərinə görə, Moskva 2008-ci il avqust müharibəsindəki taktikasından yararlanır:

“Gürcüstanda müharibə başlayandan öncə onun sərhədləri yaxınlığında manevrlər keçirildi. Bu, rusiyalılara imkan verdi ki, öz qüvvələrini Gürcüstana atsınlar. 2014-cü ildə Krım işğal olunan zaman 2 həftə təlimlər elan edilmiş və bundan sonra bütün ordu Ukrayna və Krım sərhədinə atılmışdı. Rusiyanın Cənub Hərbi Dairəsindəki hazırlıqları daha çox Türkiyə ilə bağlıdır. İstənilən medalyonun iki üzü var. Rusiya manevrlər zamanı öz qüvvələrini Suriya və Türkiyədəki situasiyaların necə inkişaf etməsindən asılı olmayaraq artırır. Əgər Türkiyə hərbi əməliyyatlara başlasa, o zaman bu konfliktdə nüvə silahının tətbiqinə qədər hər şeyi görmək mümkün ola bilər. Rusiya Qafqazdakı təlimlər vasitəsilə məhz buna hazırlaşır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55400

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728