Əsəd ordusu türkman kəndlərini bombalayır – FOTOLAR
Rusiya və ABŞ arasında atəşkəslə bağlı razılıq əldə olunsa da, Suriya prezidenti Bəşər Əsədin ordusu rus döyüş təyyarələrinin köməyi ilə yenidən Lazkiyə bölgəsində yerləşən türkman kəndlərinə hücuma başlayıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Suriya və Rusiya hərbçiləri türkman kəndlərini ortamənzilli raket, top və digər iriçaplı ağır silahlarla atəşə tutur.
Əsəd hərbçiləri cənubdakı Ağcabayır kəndinə daxil olmaq istəyən zaman kənd ətrafında ağır döyüşlər başlayıb. Hətta top və raket atəşləri zamanı baş verən partlayış səsləri Yayladağı bölgəsindən də eşidilir.
Hücum zamanı xeyli sayda dinc sakinin öldüyü deyilir.
Xatırladaq ki, bir neçə gün öncə Rusiya və ABŞ Suriyada atəşkəsin elan edilməsi barədə razılığa gəldiyini açıqlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=55403