Sabiq prezidentin nəvəsi Qarabağda xidmət edir?

25.02.2016 - 14:20

petErmənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın nəvəsi Dağlıq Qarabağda hərbi xidmətdədir.

Milli.Az Yerevanda çıxan “Joxovurd” qəzetinə istinadən bildirir ki, Erməni Milli Konqresinin sədri, ölkə müxalifətinin faktiki lideri hesab olunan Levon Ter-Petrosyanın böyük nəvəsi Levon Davidoviç Petrosyan hərbi xidmətə Yerevandakı hərbi hissələrdən birində başlamışdı.

Lakin az sonra onu Ermənistan ordusunun Dağlıq Qarabağdakı hissəsinə yollayıblar.

“Müxalifətçilər bunu “Levon Ter-Petrosyanın nəvəsinin hərbi xidmətdən azad olmaq hüququ olsa da o, orduya yollandı” kimi qələmə verirlər. Əslində isə Levon Ter-Petrosyanın yalnız adı xidmətdə keçir, özü isə “mülki həyat”dadır. Levon Ter-Petrosyanın nəvəsi gah Yerevanda, gah da Moskva və Londonda yaşayır. Belədirsə, “nəvənin vətənpərvərliyi” ilə bağlı deyilənlər çox ucuz, eybəcər təbliğat təsiri bağışlayır”, – qəzet yazıb.

Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan olaya şərh verməkdən imtina edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=55491

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728