Nyu-Yorkda İsrail mafiyasının başçısına 20 il həbs verilib
Tel-Əviv şəhər məhkəməsi kriminal avtoritet Eytan Hiyanı 20 il həbs cəzasına məhkum olunub.
Avropa.info xəbər verir ki, Hiya Nyu-Yorkda İsrail mafiyasının başçısı kimi ad çıxarmışdı. 2015-ci ilin 3 dekabrında o, zorakılıq, şantaj, “çirkli pullar”ın yuyulması, vergidən yayınma cinayətlərində günahkar bilinmişdi. Həbs cəzasında əlavə cani bir milyon şekel məbləğində cərimə ödəməlidir. Mafioz dövlət himayəsində olan şahidlərin şantaj olunmasında günahkar bilinib.
Son məhkəmə prosesini aparan hakim Svi Qurfinkel deyib ki, işlə bağlı bir çox şahid həyatı üçün qorxaraq ifadə verməkdən imtina edib. Hətta məhkəmə hökmü oxunarkən belə hakimi xüsusi təyinatlılarından ibarət şəxsi mühafizə qoruyub.
Eytan Hiya bəyan etmişdi ki, hakimin ona sərt cəza çıxaracağına təəccüb etmir.
63 yaşlı Hiya İsraili 1981-c ildə tərk edib. Qara bazarda pul götürən adamlardan reketlik yolu ilə pul qoparmaq üçün 2004-cü ildə İsrailə qayıdıb. O və adamları şantaj, təhdid, zorakı hücumlar təşkil etməklə məşğul olublar.
Mafioz küll miqdarda vergidən də yayınıb. Maliyyə hesabatlarını vergi orqanlarından gizlədib, bank hesabları açmayıb, ödəmələri yad adamların adından edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=55528