Bu gün FİFA-nın yeni prezidentinin adı məlum olacaq

26.02.2016 - 12:14

fifaBu gün İsveçrənin Sürix şəhərində dünya futbolunun yeni rəhbərinin adı müəyyənləşəcək.

Virtualaz.org xəbər verir ki, ali futbol qurumunun konqresində prezidentlik postu uğrunda İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvale mübarizə aparacaq.

AFK prezidenti və UEFA-nın baş katibi favorit hesab olunur. Qapalı şəkildə keçiriləcək seçkidə ilk turda qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır.

Bir müddət əvvəl İordaniya şahzadəsi seçkilərin təxirə salınması ilə bağlı müraciət etsə də, FİFA bunu qeydə almayıb. Əvəzində seçki kabinələrinə mobil telefonlarla girmək qadağan olunub.

Konqresdə AFFA nümayəndələri də təmsil olunacaq.

Qeyd edək ki, FİFA-nın sabiq rəhbəri Yozaf Blatter və UEFA prezidenti Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir. Bu səbəbdən hər iki şəxs əvvəlcə 8 il, daha sonra 6 il futboldan uzaqlaşdırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=55642

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930