Suriya üzrə sülh danışıqları martın 7-də bərpa olunacaq
Suriya ilə bağlı danışıqlar martın birinci həftəsində Cenevrədə bərpa oluna bilər.
TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-dəki mənbə bildirib.
“İlkin plana əsasən, Suriya üzrə danışıqlar martın 7-də Cenevrədə keçiriləcək”, – deyə mənbə qeyd edib.
Qeyd edək ki, daha əvvəl adıçəkilən agentlik Suriya müxalifətindəki mənbəyə istinadən məsləhətləşmələrlə bağlı danışıqların martın 1-ci həftəsində baş tutacağını bildirmişdi.
Fevralın əvvəllərində Cenevrədə keçirilən danışıqların ilk raundu nəticəsiz başa çatıb. Danışıqların fevralın 25-nə bərpa edilməsi nəzərdə tutulsa da, BMT baş katibinin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bunun üçün şərtlərin uyğun olmadığını bəyan etmişdi.(APA)
Short URL: http://www.cumhuriyyet.net/?p=55675