Telman İsmayılovun məşhur restoranı “qara siyahı”da: Söküləcək

27.02.2016 - 11:43

telman2Moskva meriyası şəhərdə “qanunsuz ticarət və iaşə obyektlərinin söküntüsünün ikinci dalğasını başlatmağa hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu dəfə siyahıya hazırda müflis durumda olan azərbaycanlı oliqarx Telman İsmayılovun məşhur SAFİSA şadlıq evi də var.

Moskvada ikinci söküntü dalğasının başlayacağı barədə daşınmaz əmlakdan istifadəyə nəzarət üzrə Dövlət Müfəttişliyi bildirib. Müfəttişliyin rəhbəri Sergey Şoqurov deyib ki, paytaxt hakimiyyəti özbaşına tikintilərə qarşı mübarizəni davam etdirəcək və bu məqsədlə yeni siyahı hazırlanır. Xatırladaq ki, bundan əvvəl Moskva meriyası metro stansiyalarının qarşısında yerləşən irili-xırdakı 104 obyekti söküb. Onların arasında azərbaycanlılara aid ticarət obyektləri, habelə T.İsmayılovun qardaşı, Moskva rayonlarından birinin keçmiş rəhbəri Fazil İsmayılovun da obyekti var.

“Prestupnaya Rossiya” saytı isə xəbər verir ki, yeni siyahıda SAFİSA restoranının da adı yer alacaq. T.İsmayılov SAFİSA restoranının yerləşdiyi binanı vaxtilə mer Yuri Lujkovun sayəsində alıb və onu dəbdəbəli şadlıq sarayına çevirib. Həmin sarayda T.İsmayılovun məşhur ad günü ziyafətinin videoları internetdə məşhurdur. Orada Lujkov da çıxış edir və Telmanı “qardaşım” adlandırır. Bildirilir ki, indiki mer Sergey Sobyanin obyektin sökülməsinə, bununla da T.İsmayılovun Lujkovun sayəsində yaratdığı biznes-imperiyasına son nöqtə qoyulmasına qərar verib. T.İsmayılovun bütün mülkləri yüz milyonlarla dollar kredit borclarına görə banklar tərəfindən müsadirə olunub. Təkcə SAFİSA restoranından başqa…

Short URL: http://www.cumhuriyyet.net/?p=55751

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728