Masallıdan olan bu milyarder – Türkiyənin ən varlı adamlarından oldu

01.03.2016 - 10:08

masalli“Forbes” dünyanın ən varlı türklərinin adını açıqlayıb.

Cümhuriyyət.az-ın ans-ə istinadən məlumatına görə, bu il 10-cu dəfə hazırlanan siyahıda 100 nəfərin adı var. İş adamlarının sərvətinin ümumi həcmi 100 milyard dollardan çoxdur. Siyahıda 18 yeni milyonçunun adı var. Ötən il olan ən varlı qadınların sayı 7 olsa da bu il bu rəqəm 5-ə düşüb.

Siyahının birinci pilləsində Murat Ülker qərarlaşıb. Onun ümumi sərvəti 4,4 milyard dollardır. 56 yaşlı iş adamının 3 övladı var. O, ötən il də “Forbes”in siyahısında lider idi.

İkinci sırada isə Hüsnü Özyeğinin adı gəlir. Onun sərvəti 2,7 milyard dollardır. 70 yaşlı iş adamı 2007-ci ildən bu yana siyahıların ilk üçlüyündə yer alır.

İlk üçlüyü qadın iş adamı qapayır. Semahat Sevim Arselin 2,6 milyard dollar sərvəti var. Onun 86 yaşı var.

Siyahıda Azərbaycandan olan iş adamının da adı var. Söhbət Mübariz Mənsimovdan (Qurbanoğlu) gedir. O, 20-ci pillədə qərarlaşıb. “Palmali” şirkətlər qrupunun qurucusunun sərvəti 1,3 milyard dollar qiymətləndirilir. Bakıda doğulan 47 yaşlı iş adamının 3 övladı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=55962

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728