“Qardian” Türkiyəni müdafiə etdi, Qərbi qınadı
İngiltərənin “Qardian” qəzeti Türkiyənin Yaxın Şərq siyasəti ilə bağlı məqalə dərc edib.
Axar.az xəbər verir ki, “Suriyanı qorumaq üçün Türkiyəni unutmayın” başlıqlı məqalədə fevralın 17-də Ankarada baş verən partlayış, Rusiya ilə pis münasibətlər və Türkiyə cəmiyyətindəki fikir ayrılıqları xüsusi vurğulanıb:
“Suriyalı qaçqın dalğasının Türkiyəyə üz tutduğunu unutmaq olmaz. Türkiyə bütün çətinliklərə baxmayaraq, geosiyasi baxımdan Rusiya ilə Qərb, Yaxın Şərq ilə Avropa arasında körpü rolunu qorudu.
Türkiyə 57 müsəlman ölkəsi arasında iqtisadiyyatı ən yaxşı inkişaf etmiş, dünyəvi fikirli, 80 milyon əhalisi ilə ən demokratik ölkədir və Avropanın cənub-şərq sərhədində yerləşir. Bununla yanaşı, Türkiyə Suriyanın şimalında Rusiya, İran və kürd döyüşçüləri ilə üz-üzə qalıb. Suriya kürdləri mövzusunda Qərb ilə anlaşılmazlığa son qoyulmalıdır. İŞİD-lə mübarizədə ABŞ PKK-nın Suriya qolu YPG ilə səmimi əməkdaşlıq edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=56034