Davudoğlu İrana gedir

02.03.2016 - 13:34

davudoqluTürkiyənin baş naziri Əhməd Davudoğlu gələn həftə İrana səfər edəcək.

“Report” İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkəti nazirinin müavini Məhəmmədrza Müqəddəm mətbuat konfransında bildirib.

M.Müqəddəmin sözlərinə görə, bu səbəbdən İranda keçirilməsi nəzərdə tutulan neft sənayesi və müqavimət iqtisadiyyatına dair toplantı təxirə salınıb.

Nazir müavini Əhməd Davudoğlunun səfəri haqda əlavə məlumat verməyib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Türkiyə-İran Yüksək Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün aprelin ortalarında Türkiyəyə səfər edəcəyi gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=56226

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728