Sizi fotolarınızdan izləyəcəklər – Texnoyenilik

02.03.2016 - 15:22

PlaNetƏgər siz izlənməkdən qorxursunuzsa, o zaman bu xəbər sizi o qədər də sevindirməyə bilər.

Belə ki Google şirkəti yeni “PlaNet” adlı neyron şəbəkə hazırlamaqdadır. Bu şəbəkə fotonuzun hansı materik, ölkə, hətta hansı küçədə çəkildiyini müəyyənləşdirə biləcək.

Ölkə.az-ın məlumatına görə, sınaq dövründə olan proqram hələ ki, köməkçi olaraq geoetiklərdən istifadə edir, lakin buna baxmayaraq, yaxın zamanlarda heç bir köməksiz istənilən fotonun yerini müəyyən edə biləcək.

Sevindirici xəbərlərdən biri isə “PlaNet” sisteminin kompüterdə cəmi 377 meqabayt yer tutmasıdır. Bu özəlliyi onun gələcəkdə telefonda da istifadəsinə şərait yarada bilər. Sınaqlar zamanı onun effektivliyini yoxlamaq üçün “Geoguessr” adlı oyun da tətbiq edilir. Beləki oyun zamanı istifadəçilərə “Google Street View” servisindən fotolar göstərilir və onlar bu fotoların çəkilə biləcəyi yerləri təxmin edirlər. Bu oyunda “PlaNet” sistemi dünyanın ən yaxşı səyahətçiləri ilə belə mübarizə aparmasına rəğmən 50 raundun 28-dən qalib çıxıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=56264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728