İndoneziyada 8,2 bal gücündə zəlzələ – SUNAMİ TƏHLÜKƏSİ ELAN OLUNDU
İndoneziyanın cənub-qərb sahillərində 8,2 bal gücündə zəlzələ olub. Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilir.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, son məlumatlara görə, zəlzələdən sonra Sumatra adası üçün sunami təhlükəsi elan edilib. Sumatra adasında da hiss edilən zəlzələ nəticəsində can və ya mal itkisi olub-olmadığı barədə məlumat verilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=56305