İtmiş təyyarə ilə bağlı inanılmaz iddia – Keçmiş zamana səyahət edib (VİDEO)

03.03.2016 - 11:13
teyyare3Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limanından Çinin paytaxtı Pekinə uçan təyyarənin yoxa çıxmağından artıq 2 ilə yaxın bir vaxt keçib. 8 mart 2014-cü il tarixində baş vermiş bu hadisənin üzərindən  uzun zaman keçməsinə baxmayaraq itmiş təyyarə hələ da tapılmayıb. Təyyarə ilə bağlı yüzlərlə fikir səsləndirilib. Ortaya atılan iddialar heç biri öz təsdiqini tapmayıb.  İçərisində 239 nəfərin olduğu təyyarənin Hind okeanında qəzaya uğradığı deyilir. 
Müstəqil ekspertlərin fikrincə təyyarə radarlardan itdikdən sonra  düz 6 saat havada olub. Bu 6 saat ərzində təyyarədə nələrin baş verməsi ilə bağlı heç bir məlumat yoxdur. Lakin təyyarənin Malayziyanın şimal-şərq sahillərində olduğu zaman geri – Qərbə doğru qayıtdığı məlumdur. Alınan “əl sıxışma” adı verilən siqnallara əsasən məlum olub ki, təyyarə daha sonra cənuba doğru gedib. 6  saat müddətində təyyarə cənuba doğru hərəkət edib. Son “əl sıxışma” siqnalının alındığı bölgədə uzun zamandır axtarışlar aparılır. Bundan əlavə təyyarənin bütün sərnişinləri haqqında ətraflı məlumatlar toplanılıb. Lakin bunlar heç bir nəticə verməyib.
Sualtı axtrışlar heç bir nəticə verməsə də, uzun zamanlıq səssizliyi yaponiyalı alimlər pozub. Yapon alimlərin araşdırmaları nəticəsində itmiş təyyarənin qara qutusuna aid çox zəif siqnallar tapılsa da onlar anidən kəsilib.  Tokio universitetinin zaman anomaliyaları labarotoriyasının fizikləri fantastik qarşılanacaq bir fikir səsləndiriblər. Onlara görə təyyarə kosmos-zaman kanalına girib və hal-hazırda da keçmiş və gələcək arasında sürkülənir. Fikri səsləndirən fiziklərə görə,  bu kanal sabitlənənə və təyyarə anomali bölgəsindən çıxana qədər bu hal davam edəcək. 
Onların fikrincə itmiş təyyarə bəlkə də keçmişda artıq görülüb.  Fiziklərin bu fikri olduqca fantastik səslənə bilər, amma Albert Eynşteynə görə, zaman düşünüldüyü kimi axmır . Keçmiş, bu gün və gələcək arasında heç bir fərq yoxdur.
Bu fantastik bir iddianı təsdiqləmək üçün Tokio universitetindən olan bir qrup mütəxəsis, arxiv sənədlərini araşdırmağa başlayıb.  Lakin digər bir qrup araşdırmaçı, həmin fiziklərin iddialarını  əsas götürərək maraqlı bir  fikir səsləndiriblər. Onlara görə antik dövrdə Hindistanda görülən uçan bir obyekt, Malayziya təyyarəsinin zamanda itməsi ilə bağlı ola bilər. Rəvayətə görə Hindistanda antik dövrdə səmadan yerə nəhəng bir quş enib. “Nəhəng quş” adlandırılan bu obyektin içərisindən 239 “Tanrı” çıxıb.  Araşdırmaçı qrupun fikrincə bu təsadüf ola bilməz.  Qeyd edək ki, itmiş Malayziya təyyarəsinin içərisində 239 nəfər olub.  Qrupun fikrincə rəvayətdə səsləndirilən rəqəm 39 və ya 139 yox, məhz 239-dur və bunun itmiş təyyarə ilə əlqəsi var.  
Bizimyol.info

Short URL: http://www.cumhuriyyet.net/?p=56375

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728