ABŞ İŞİD-in İraq liderini ələ keçirdi
ABŞ-ın İraqdakı xüsusi təyinatlıları İŞİD liderlərindən birini yaxalayıb.
Axar.az xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumatlara görə, əməliyyat bir neçə həftə qabaq keçirilib. Terrorçunun adı açıqlanmayıb.
Müdafiə Nazirliyi və Ağ Ev hadisə ilə bağlı məlumat verməyib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ xüsusi təyinatlılarının Suriyada keçirdiyi əməliyyat nəticəsində İŞİD liderlərindən sayılan Əbu Səyyaf öldürülmüş, həyat yoldaşı isə nəzarətə götürülmüşdü.
Short URL: http://www.cumhuriyyet.net/?p=56401