Donald Trampdan Putinə çağırış – O casusu qaytarın

04.03.2016 - 10:55

tramp-putin“Rusiya Snoudeni ABŞ-a təhvil verməlidir”

Ölkə.az xəbər verir ki, ABŞ prezidentliyinə ən real namizədlərdən biri hesab edilən Donald Tramp Rusiyaya çağırış edib.

“Mən əvvəldən də demişəm ki, Snouden casusdur və ABŞ-a qayıtmalıdır. Əgər Rusiya bizə bir dövlət kimi hörmət edirsə, onda Snoudeni bizə təhvil verməlidir”, deyə Tramp vurğulayıb.

Xatırladırıq ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Eduard Snouden ölkədən qaçaraq xüsusi xidmət orqanlarının gizli sənədlərini mətbuata sızdırmışdı. O, 2014-cü ildən Rusiyada gizlənir və ona bu ölkədə 3 illik yaşamaq icazəsi verilib.

Qeyd edək ki, ABŞ-ın tələblərinə baxmayaraq hələ də Moskva onu Vaşinqtona təhvil verməyə razılıq verməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=56552

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728