Türkiyədə daha bir terror: 2 ölü, 14 yaralı
Türkiyədə PKK terror təşkilatı növbəti dəfə terror aktı törədib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardinin Nusaybin vilayətində PKK-lı terrorçular partlayıcı yüklü avtomobili mülki əhalinin sıx olduğu yerdə partladıblar.
Nəticədə iki polis şəhid olub. 4-ü ağır olmaqla 14 nəfər xəsarət alıb. Hazırda ərazidə terrorçuların həbs edilməsi üçün polis tərəfindən əməliyyat keçirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=56586