Məşhur müğənni həyat yoldaşını səhv saldı – VİDEO

04.03.2016 - 14:06
ibrahim-tatlises2Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs sosial şəbəkədə həyat yoldaşı ilə bağlı səhv edib. ANS PRESS-in məlumatına görə, ifaçı həyat yoldaşı Ayşegül Yıldızla müğənni Petek Dinçözü səhv salıb.
İ.Tatlısəs “İnstaqram” səhifəsində Ayşegülə eşq elan edib. Ailəsinin  şəklini paylaşan Tatlısəs “Bir ana uşağına nə qədər bağlıdırsa, mən də sənə o qədər bağlı və aşiqəm… Mən “bitdi” demədən heç nə bitməz” sözlərini yazıb. Bir müddətdən sonra fotodakı xanımın  Ayşegül yox, Petek Dinçöz olduğu bilinib. İfaçı sonradan “Bu şəklin Petek Dinçözə aid olduğunu bilmədən qoydum. Bunu adi bir foto kimi seçmişdim. Səhv başa düşməyin” statusunu yazıb. 
İbrahim Tatlısəs 2011-ci ildə Ayşegül Yıldızla evlənib. Bu evlilikdən Elif Ada adlı bir qızı var. Bir müddət əvvəl onların gözlənilmədən ayrıldığı barədə məlumat yayılıb. 2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası alıb.
“Nurol Plaza”da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib. Sənətçinin yanındakı assistenti Buket Çakıcı da yaralanıb. İfaçı Almaniyada və ABŞ-da müalicə kursu keçib. Buna baxmayaraq o hələ də tam sağalmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=56623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930