“WhatsApp”da fayl yollamaq imkanı yarandı
“WhatsApp Messenger”in son versiyasında sənədlərin göndərilməsi funksiyası istifadəyə verilib. İstifadəçilər hələ ki, yalnız PDF formatında fayl göndərmək imkanına malikdirlər.
Virtualaz.org saytı cnews.ru-ya istinadən xəbər verir ki, “WhatsApp Messenger”in “Android” versiyasında PDF sənədini göndərmək üçün danışıq bölməsində müəyyən funksiyanı yerinə yetirdikdən sonra ekranda 6 düyməli menyu görünəcək.
“iPhone” smartfonunda isə menyunu tapdıqdan sonra mətnin daxil edilməsi sahəsində “Sənədlə bölüşmək” bölməsini seçmək lazımdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=56640