NATO-nun gizli hesabatı: “Rusiya bizi qabaqladı”

05.03.2016 - 16:25

nartoAlmaniyanın “Fokus” jurnalı NATO-nun Suriyaya Rusiyadan çox daha çox təyyarə göndərdiyini, lakin uğur qazana bilmədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, NATO-nun gizli hesabatlarını əldə edən jurnal Rusiyanın daha az qüvvə ilə böyük nəticələr əldə etdiyini bildirib:

“Rusiyanın əməliyyatları, pilotların peşəkarlığı və hərbi avadanlıqların üstünlüyü Moskvanın Suriyada güclənməsinə səbəb oldu. Latakiyaya göndərilən 40 döyüş təyyarəsi hər gün 75 əməliyyat keçirir. NATO-nun 180 döyüş təyyarəsi var. Ancaq alyans gün ərzində yalnız 20 əməliyyat keçirə bilir”.

Jurnal ilk dəfə NATO-nun Suriyada keçirdiyi hərbi əməliyyatlar zamanı koordinasiyaları Rusiyadan aldığını açıqlayıb. Ayrıca, NATO-nun hesabatlarında Rusiyanın mülki vətəndaşları hədəfə aldığını əks etdirən məlumatların olmadığı bildirilib:

“Qərb siyasətçiləri Rusiyanın müxaliflərə hücumunu və xeyli vətəndaşın öldürdüyünü davamlı dilə gətirsə də, NATO hesabatlarında buna rast gəlmirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56743

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728