Jirinovskidən şok açıqlama: “Türkiyəni yox etməliyik”

07.03.2016 - 10:11

jirinovski2Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Türkiyəni növbəti dəfə açıq təhdid edib.

Publika.az xəbər verir ki, Rus siyasətçi Vladimir Jirinovski “Rossiya 1” telekanalında qonağı olduğu proqramda Türkiyəni təhdid edən açıqlamalar verib.

Vladimir Jirinovskinin Türkiyəyə əleyhinə açıqlamaları aparıcını belə təəccübləndirib: Jirnovski deyib ki, Rusiya Türkiyəni yer üzündən silməlidir: “Türkiyəni yox etməliyik. Türkiyə tez bir zamanda bombalanmalı və işğal edilməlidir. Rusiyanın dəstəyi ilə erməni və kürdlər şərqdən, bolqar və yunanlar isə qərbdən Türkiyəyə girməlidir. Bunun üçün biz heç nədən qorxmamalıyıq. Türkiyəni yox etməliyik”.

Xatırladaq ki, Türkiyənin aparıcı media orqanları Jirnovskini bu açıqlamalarına görə “axmaq”, “səfeh”, “faşist” və “kloun” adlandırıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=56819

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728