Həsən Ruhani: “Neft ixracatımızı 400 min barrel artırmışıq”

07.03.2016 - 10:40

hesen-ruhani“Hazırda İranda nəqliyyat xərcləri 10 faiz azalıb. Bu azalma istehsalatda, həmçinin ixracat məhsullarının daşınmasında müşahidə olunur”.

Cümhuriyyət.az APA agentliyinə istinadən xəbər verir ki, bunu bu gün İran prezidenti Həsən Ruhani ölkədə akkreditasiya olunmuş xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Prezident bildirib ki, dəniz daşımalarında xərclər 25 faiz azalıb.

H. Ruhani deyib ki, İran neft ixracatının həcmini sanksiyalardan öncəki həcmə çatdırmağı planlaşdırır: “Hazırda neft ixracatımızı 400 min barrel artırmışıq”.

“Ötən il ölkənin neft gəlirləri 120 milyard dollardan 20 milyard dollara qədər azaldı. Bölgənin bütün ölkələrində neftin qiyməti düşdüyü üçün milli valyuta dəyərdən düşdü və inflasiya oldu. Lakin İranda iqtisadi inkişaf müsbət idi”, – deyə Ruhani vurğulayıb.

H.Ruhani deyib ki, gələn il hökumət gündəlik 2 milyon barel neft ixrac etməyi öhdəsinə götürüb.

O həmçinin bildirib ki, sanksiyaların ləğvinin təsiri artıq özünü göstərir, bunu həm ixrac, həm də idxalla məşğul olanlar hiss edirlər.

Rusiya ilə əlaqələrinə toxunan İran prezidenti iki ölkə arasında “fikir mübadiləsi və koordinasiya” olduğunu qeyd edib.

Ruhani həmçinin bildirib ki, “bütün qonşu ölkələrin ərazi bütövlüyü, milli suverenliyi və təhlükəsizliyi İran üçün əhəmiyyətlidir”.

Suriya məsələsinə toxunan Ruhani deyib: “Biz Suriyada xalqın qərarı ilə seçkilərin keçirilməsi üçün şərait yaradılması, terrorizmin məhvi və ədalətli atəşkəsin bərqərar olmasını istəyirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728