ABŞ-a nüvə təhdidi: “Bir anda külə çevirərik”

07.03.2016 - 16:37

nuveŞimali Koreya Cənubi Koreya və ABŞ-ın bölgədə həyata keçirdiyi birgə genişmiqyaslı hərbi təlimlərə sərt reaksiya verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Pxenyan Cənubi Koreya və ABŞ-a qarşı nüvə silahını istifadə edə biləcəklərini bildirib.

“Düşmənlərimizi yox etmək üçün nüvə silahının düyməsini bassaq, bütün bazaları atəş və kül olaraq dənizə töküləcək”, – Şimali Koreyanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya “Əməliyyat Planı 5015” adlandırılan hərbi təlimlərə başlayıb. Şimali Koreyanın mümkün hücumlarının qarşısını almaq üçün hazırlıq xarakteri daşıyan təlimlərdə 300 min Cənubi Koreya, 15 min isə ABŞ əsgəri qatılıb. Təlimlər aprel ayı sonuna qədər davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=56892

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728