Dünya tennisi şokda: Şarapova dopinqdə ilişdi

08.03.2016 - 10:44

sarapovaMəşhur tennisçi Mariya Şarapovanın gözlənilən mətbuat konfransı baş tutub. Fanat.az xəbər verir ki, 28 yaşlı rus tennisçi ötən axşam Nyu Yorkda jurnalistlərin önünə çıxıb.

Əvvəlcədən deyildiyi kimi Şarapova jurnalistlərə böyük xəbər verir. Amma iddia olunduğu kimi o, karyerasını bitirdiyini açıqlamayıb. Rus gözəlçə qanında dopinq çıxdığını elan edib.

Karyerasında 5 “Qrand Slam” çempionluğu olan Şarapova deyib ki, 10 ildi istifadə etdiyi dərmanın sonradan dopinq siyahısına salınmasından xəbəri olmayıb. Eyni zamanda yasaqlı maddələrlə əlaqəli ona göndərilən düzəlişlərə baxmadığını da etiraf edən “raketka ustası” məsuliyyəti tamamilə öz üzərinə götürüb. 29 yaşlı idmançının son sözləri isə belə olub: “Çox böyük bir səhv elədim. 4 yaşımdan bəri oynadığım tennisə və məni sevənlərə xəyanət etdim. Bunun nəticələrinin ağır olacağının fərqindəyəm, ancaq karyeramı bu şəkildə bitirmək istəmirəm. Ümid edirəm ki, mənə bir şans daha verəcəklər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56969

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728