Məxfi plan: Rusiya yeni ittifaq yaradır
Rusiya yeni neft karteli yaratmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Biznes İnsayder” nəşri çıxış edib.
Moskva məhz bu planı sayəsində dünyanın neft hasilatının böyük bir hissəsini nəzarət altına ala bilər:
“Rusiyanın OPEK ölkələrinin hasilatı dondurması ilə bağlı danışıqlara müdaxiləsindən sonra Moskvanın neft hasil edən ölkələrə təsiri artıb. Rusiya hətta ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanını da hasilatı dondurmağa inandıra bilib. ABŞ-la Səudiyyə Ərəbistanının münasibətləri İranla nüvə razılaşması imzalanandan sonra pozulub. Artıq Ər-Riyad Fars körfəzində maraqlarının qorunması üçün özünə yeni müttəfiq axtarır. Bu isə hazırkı dövrdə Moskvanı Ər-Riyadla yaxınlaşdıra bilər. Məhz belə bir siyasətin yürüdülməsi sayəsində Rusiya dünyanın 73%-ni neftlə təmin edən ölkələrə liderliyi əlinə ala bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=57004