Putinin Avropaya girişi qadağan oluna bilər

09.03.2016 - 13:38

putinAvropa Parlamentinin bir sıra deputatları Avropa İttifaqını Rusiya prezidenti Vladimir Putin və daha 28 nəfərə qarşı personal sanksiyalar tətbiq etməyə çağırıb.

Deputatlar səbəb kimi ukraynalı təyyarəçi Nadejda Savçenkoya qarşı qanunsuz hərəkətləri göstəriblər.

Azadliq.org bildirir ki, bu barədə parlamentarilərin martın 8-də Avropa diplomatiyasının rəhbəri Federika Mogeriniyə göndərdikləri məktuba istinadən xəbər yayılıb.

Sənədi Avroparlamentin 57 deputatı imzalayıb.

Məktubda qeyd olunur ki, Rusiya prezidenti və digər şəxslərə qarşı personal sanksiyalar Aİ-yə girişin qadağan olunması, aktivlərin dondurulması və onların Avropa İttifaqı ərazisindəki bütün əmlakının müsadirə edilməsini özündə birləşdirməlidir.

Hazırda Rusiya ərazisində mühakimə olunan ukraynalı təyyarəçi Nadejda Savçenko iki və daha artıq insanın öldürülməsinə yardım etməkdə və Rusiya sərhədini qanunsuz keçməkdə günahlandırılır.

İstintaqın məlumatına görə, o, 2014-cü ildə Luqansk vilayətində separatçıların blokpostunun olduğu ərazinin gizli müşahidəsini aparıb və artilleriya atəşini yönləndirib. Atəş nəticəsində telejurnalistlər İqor Kornelyuk və Anton Voloşin həlak olublar.

Rusiya tərəfi Savçenkonu 23 il azadlıqdan məhrum etməyi istəyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=57196

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930