İranın Bərzaniyə etdiyi təklif Türkiyəni şoka saldı

10.03.2016 - 10:56

berzaniİranın Şimali İraqın kürd muxtariyyətinin başçısı Məsud Bərzaniyə etdiyi təklif regionda tarazlığı pozmağa başlayıb.

Ölkə.az xəbər verir ki, İranın Şimali İraqın Süleymaniyyə şəhərindəki baş konsulu Saidullah Məsudi Bərzaniyə hasil etdiyi nefti onların ərazisi ilə dünya bazarına çıxarmağı təklif edib.

Məsudi bildirib ki, İranın böyük şirkətləri bu məsələdə Şimali İraq kürd muxtariyyətinin neft nazirliyinə istənilən köməyi göstərə bilər.

Xatırladırıq ki, Şimali İraqda çıxarılan neftin 90%-dən çoxu dünya bazarlarına Türkiyə ərazisindn çıxarılır və burada Ankaranın da böyük mənfəəti var. İranın bu təklifi isə Türkiyənin siyasət və biznes dairələrində ciddi narahatlıq yaradıb. Çünki Bərzaninin öz neftini İran vasitəsi ilə dünya bazarına çıxarması Türkiyəni hər il yüz milyonlarla dollar gəlirdən məhrum edə bilər və tutduğu strateji mövqeyə görə daşıdığı əhəmiyyətdən sala bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=57278

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728