“Türklər it kimidirlər” deyən yunan deputat zaldan qovuldu – ŞOK QALMAQAL (VİDEO)

10.03.2016 - 11:38

sinadinosAvropa Parlamentində Türkiyə və Avropa İttifaqı (Aİ) arasında miqrant razılaşmasının müzakirə olunduğu iclasda yunan deputatlar türkləri təhqid edib.

Yunanıstanın irqçi “Qızıl Şəfəq” partiyasından olan deputat Eleftherios Sinadinos çıxışı zamanı “Türklər it kimidirlər. Vəhşi kimi görünürlər, lakin bir düşmənlə qarşılaşdığı zaman qaçarlar. Türklərlə mücadilə etməyin tək yolu qərarlı bir mövqe göstərməkdir”, – deyə təhqiredici ifadələr işlədib.

“Qızıl Şəfəq” partiyasının digər üzvləri çıxış etmək istəsələr də parlament sədri onların bu istəyini qəbul etməyib və onlardan salonu tərk etməyi tələb edib.

Bundan sonra Sinadinos səlahiyyətli şəxslərin müşayiəti ilə iclası tərk edib.(azvision.az)

Martin Şults yunan deputatın “qırmızı xətti” keçdiyini və onun çıxışının irqçilik kimi qəbul edilə biləcəyini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57297

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728