Ermənistan ordusunun əsgərləri qəzaya düşdü: 3 ölü, 2 yaralı

10.03.2016 - 12:32

ermenistan2İrəvan-Mehri yolunda Ermənistan ordusunun müqavilə ilə xidmət göstərən əsgərlərinə məxsus maşın qəzaya uğrayıb.

Lent.az-ın news.am-a istinadən məlumatına görə, hadisə zamanı əsgərlərin olduğu “Opel” markalı maşın idarəetməni itirərək 250 metr dərəyə yuvarlanıb.

Qəza zamanı sürücü 30 yaşlı Karen Karapetyan və 35 yaşlı Vaan Qukasyan hadisə yerindəcə ölüb.

İlkin məlumatlara görə, xəsarət alan əsgərlərdən 32 yaşlı A., 28 yaşlı R., 30 yaşlı R. H. Ararat şəhər xəstəxanasına aparılıb. R.H. xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daha iki yaralı əsgər İrəvan Mərkəzi Xəstəxanasına köçürülüb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=57308

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728