Nyu-York məhkəməsindən İrana qarşı şok qərar – “10,5 MİLYARD DOLLAR ÖDƏMƏLİSİNİZ”

10.03.2016 - 13:41

nyu-yorkNyu-York məhkəməsində İranın 11 sentyabr terror aktları zamanı ölənlərin ailələrinə və sığorta şirkətlərinə 10,5 milyard dollar təzminat ödəməsi haqqında qərar qəbul edilib.

“Bloomberg”in verdiyi məlumata görə, bu məbləğin 7,5 milyard dolları Ümumdünya Ticarət Mərkəzinin əkiz binalarında və Pentaqon binasında ölənlərin ailəsinə verilməlidir.

2001-ci ilin 11 sentyabr tarixində baş vermiş terror aktları ilə əlaqədar sığorta ödənişləri edən sığorta şirkətlərinə isə 3 milyard dollar ödənilməlidir. Nyu-York dairə məhkəməsinin hakimi Corc Deniels bildirib ki, İran Nyu-York, Vaşinqton və Pensilvaniya ştatında terror aktları törətmiş 19 terrorçuya yardım göstərilməsinə dair ittihamları təkzib edə bilməyib. Buna görə də İran terror aktlarının vurduğu ziyana görə məsuliyyət daşımalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=57324

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930