Rusiya Dövlət Dumasının sədri Ermənistana gedir

10.03.2016 - 15:24

sergey-narisnikRusiya dövlət dumasının sədri Sergey Narışkin martın 11-12-də Ermənistana işgüzar səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda dumanın saytında məlumat yayılıb.

Məlumata görə, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının sədri olan Sergey Narışkin Yerevanda assambleyanın iclasını keçirəcək. Toplantıda “terrorçuluğa qarşı mübarizə”yə dair məsələ müzakirə olunacaq.

Qeyd edək ki, KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Rusiya daxildir.

Short URL: http://www.cumhuriyyet.net/?p=57346

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728