Obama Ərdoğanı “diktator” adlandırıb

11.03.2016 - 17:39

erdoqan-obamaABŞ-ın qabaqcıl xarici siyasət jurnallarından olan “Atlantik” Obamanın Ərdoğan haqda ağır sözlər dediyini yazıb.

Avropa.info xəbər verir ki, jurnal ABŞ prezidenti Barak Obama ilə müsahibəsi zamanı Obamanın Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan haqda ağır sözlər istifadə etdiyini irəli sürüb.

ABŞ-ın xarici siyasətinin istiqamətini müəyyən edən rola sahib olması ilə tanınan Atlantik jurnalından Ceffri Goldberq, Obamadan müsahibə aldığı zamanı Obamanın Ərdoğanı avtoritar olaraq xarakterizə etdiyini bildirib.

Bundan başqa Obama reportaj zamanı ən çox canını sıxan liderlərdən birinin İsrailin baş naziri Benyamin Netanyahu, digərinin isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu söyləyib.

Jurnalın internet saytında də dərc olunan reportajda, bildirilir ki, ABŞ prezidenti Barak Obamanın fikrincə Ərdoğan əvvəllər mülayim bir müsəlman və Şərq ilə Qərb arasındakı uçuruma körpü ola biləcək bir sima idi. Obama indi isə Ərdoğanın bacarıqsız və avtoritar olduğu qənaətindədir.

Barak Obamanın, 7 ildən çoxdur ki, ABŞ-a rəhbərlik etdiyi dövrü dəyərləndirdiyi və “Obama Manifesti” başlığı ilə dərc olunan müsahibəsindəki açıqlamalar, ABŞ Dövlət Departamentinin təşkil etdiyi mətbuat konfransında da gündəmə gəlib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57516

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728