Ankara terrorunun qurbanları arasında azərbaycanlılar varmı?
Hal-hazırda Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumatı yoxdur.
Səfirlikdən Trend-ə verilən məlumata görə, bu məsələ araşdırılır.
Qeyd edək ki, Ankarada güclü partlayış baş verib.
Hadisə zamanı 27 nəfər ölüb, 75 nəfər yaralanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=57573