Ankarada terror aktını törədən tələbə qız imiş

14.03.2016 - 11:14

terror3Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub.

APA agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.

Hazırda onun və dörd rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=57613

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31