Sərkisyana Rusiya qırıcılarının necə uçduğu göstərildi – FOTOLAR

14.03.2016 - 16:14

sarkisyanMartın 12-də Rusiyanın Cənub Hərbi Dairəsinin İrəvanda “Erebuni” aerodromunda yerləşən aviabazasında müasir silah və hərbi texnika nümunələri, eləcə də bazanın yay mövsümü üçün geyimləri nümayiş etdirilib.

Tədbirdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və Ermənistan prezidenti Serj Sərkisyan, müdafiə naziri Seyran Ohanyan və KTMT baş katibi Nikolay Bordjua iştirak ediblər.

Qonaqlar qarşısında çıxış edən aviabazanın komandiri Oleq Qritsaenko sərhədin o biri tayında Türkiyənin aerodromunun yerləşdiyini və Rusiyanın növbətçi təyyarələrinin yerdə tez-tez 1-ci dərəcəli hazırlıq vəziyyətində dayandığını bildirib.

“Tez-tez qarşı tərəfdən təyyarələr sərhədə çox yaxınlaşırlar. Burdan sərhədə 14 km-dir, bu isə hava hərəkətlərinə məhdudiyyət yaradır. Bu, xüsusi şərtləri olan uçuş rejimidir (50 km-dən məhv etmə)”, – deyə podpolkovnik qeyd edib.

“Bilirik ki, düşmənimiz güclüdür. Digər ölkələrin təyyarəçilərinin uçuşlarını müşahidə edirik, əgər yaxşı nə isə görürüksə nümunə götürürük”, – aviabazanın komandiri Aleksandr Petrov bildirib.(oxu.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=57679

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31