Türkiyədə növbəti terror hazırlanır – ABŞ KƏŞFİYYATINDAN XƏBƏRDARLIQ

15.03.2016 - 11:37

terror4ABŞ-ın kəşfiyyat xidməti Türkiyədə fəaliyyət göstərən ABŞ şirkətlərinə məxfi məlumat ötürüb.

Lent.az “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ sərmayəsi ilə fəaliyyət göstərən şirkətlərə göndərilmiş məlumatda qeyd edilir ki, martın 20-də Türkiyədə növbəti böyük terror aktı törədilə bilər.

ABŞ səfirliyinin Ankaradakı “Qızıl Ay” meydanında törədilmiş teraktdan 2 gün əvvəl etdiyi müraciət hələ də aktuallığını qoruyarkən növbəti belə bir müraciətin daxil olması diqqəti cəlb edir.

Maraqlıdır ki, Novruz bayramının həftə sonuna təsadüf etməsi əsas gətirilərək edilmiş müraciətdə şirkət əməkdaşlarının terror qruplaşmalarının ola biləcəyi istənilən nöqtədən uzaq durmasının vacibliyi qeyd edilir.

Məlumatda dövlət və hökumət binaları ilə yanaşı, ictimai binaların, hərbi birliklərin, diplomatik korpusların, ibadət və turizm yerlərinin də hədəf ola biləcəyi qeyd edilir.

ABŞ kəşfiyyatı Türkiyədə yaşayıb işləyən həmyerlilərinə ailələrini də məsələ ilə bağlı xəbərdar etmələri, əvvəlcədən planlaşdırdıqları səfərlər və marşrutlarla bağlı dəyişikliklər etmələri tapşırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=57747

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31